Növ: Orthanthella aucheri print

Naxçıvanın dağlıq ərazilərində (2000 m) quraq daşlı-qayalı yamaclarda yayılmışdır. Birillik bitkidir. Yarpaqları xətvari, kasacığı boruşəkillidir. Tacı tünd qırmızı, 2 dodaqlıdır. Qutucuğu ovalşəkillidir.