Cins: Triglochin - Üçdiş print

Cinsin dünyada əksər regionlarda yayılan 13 növündən Azərbaycanda 2 növünə rast gəlinir. Bu növlərdən bataqlıq üçdişi daha geniş yayılıb, digər növ isə Kiçik Qafqaz və Diabar regionlarından və Abşerondan məlumdur. Cinsin növləri gövdənin, yarpağın və meyvənin əlamətləri ilə bir-birindən seçilir. Qida, yem və texniki əhəmiyyətli bitkilərdir.