Cins: Bassia - Kirpiotu print

Avroasiya, Avstraliya və o cümlədən, Qafqazda 30 növü yayılmışdır. Azərbaycanda 3 növü var. Kiçik Qafqaz istisna olmaqla respublikanın əksər rayonlarında, əsasən aran və dağətəyi rayonlarda şorlaşmış və şorakət, gilli torpaqlarda, həmçinin alaq bitkisi kimi rast gəlinir. Birillik, üzəri ağımtıl tükcüklərlə örtülü bitkilərdir. Cinsin növləri bir-birindən yarpağın və çiçəkyanlığında olan tikancıqların əlamətləri ilə fərqlənir.