Cins: Potamogeton - Suçiçəyi print

Hər iki yarımkürənin mülayim və isti ölkələrində, əsasən, şirin sularda yayılan 90-a yaxın növü vardır. Azərbaycanda 14 növü var. Əksər rayonlarda, xüsusən aran yerlərdə sakit axan şirin sulu çay və göllərdə təsadüf olunurlar. Kökümsovlu çoxillik bitkilərdir. Yarpağın, meyvənin əlamətləri növlərin təyinində istifadə olunur. Qida və texniki əhəmiyyətli növləri vardır.