Növ: Rheum ribes - Qarağatvari rəvənd print

Rheum ribes - qarağatvari rəvənd daha geniş yayılmışdır. Bu növ həm aran (Duz mədəni, Darrı-dağ), həm də dağlıq zonadan (Biçənək, Kükü, Qışlaq sahələrindən) məlumdur. Yarpaq saplağı vitamin və alma turşusu ilə zəngindir, mədə və bağırsaqlara müsbət təsir göstərir. Kökümsovu aşı maddələri ilə zəngindir. Ehtiyatı azalır, qorunmasına ehtiyac vardır.