Növ: Armoracia rusticana print

Bağlarda, alaq bitkiləri arasında və kolluqlarda yabanılaşmış halda rast gəlinir. Həmin növ (adi xren) Azərbaycanda bəzi rayonlarda becərilir, onun təzə kökündən ədviyyə kimi istifadə olunur. Həmçinin vitaminli və dərman əhəmiyyətli bitki sayılır. Hündürlüyü 50-150 sm, yoğun kökləri olan çoxillik ot bitkisidir. Ləçəkləri ağ, meyvəsi buynuzcuq tiplidir.