Növ: Bunias orientalis print

Bu növə Azərbaycanın əksər rayonlarında, arandan subalp qurşağadək çəmənliklərdə, otlu yamaclarda, əkin yerlərində, bağlarda və alaq bitkiləri arasında rast gəlinir. Ləçəkləri sarı, yarpaqları lələkşəkillidir. Meyvəsi açılmayan buynuzcuqdur. Bir və ikiillik ot bitkisidir. Cavan zoğları və yarpaqları yeyilir.