Növ: Didymophysa aucheri print

Alp qurşağında seyrək halda daşlı yerlərdə bitir. Böyük (Şahdağ) və Kiçik Qafqazdan bir neçə dəfə yığılmışdır. Əsas əlaməti adından göründüyü kimi cüt buynuzcuğa malik olmasıdır. Hündürlüyü 7-10 sm olub, sürünən gövdəlidir. Çim əmələ gətirən çoxillik bitkidir. Ləçəkləri ağ yaxud çəhrayı rənglidir.