Növ: Eruca sativa - Əkin indausu print

Bu növ əksər rayonlarda (Böyük Qafqaz dağ massivindən başqa) arandan orta dağ qurşağınadək əkinlərdə, bağlarda, bostan və alaq bitkiləri arasında bitən birillik ot bitkisidir. Ləçəkləri sarımtıl, buynuz meyvəsi ikitaylı, yarpaqları lələkşəkillidir. Qida bitkisidir, toxumundan “xardalı” əvəz edən horra almaq mümkündür, yağlı bitki hesab olunur.