Növ: Hirschfeldia incana print

Bu növ arandan orta dağ qurşağınadək respublikanın əksər rayonlarında (Naxçıvandan başqa) daşlı yamaclarda, zibilli yerlərdə, əkinlərdə və yol kənarlarında geniş yayılaraq çox vaxt cəngəlliklər əmələ gətirir. Ləçəkləri sarı rənglidir. Kökətrafı yarpaqları rozet əmələ gətirir. Hündürlüyü 30-70 sm-dir. Bozumtul-yaşıl rəngli, birillik ot bitkisidir. Bəzi rayonlarda ipək qurdunun barama əmələ gətirən vaxtı “şax” kimi istifadə olunur.