Növ: Nasturtium officinale print

Ağ ləçəkli, meyvəsi buynuz tipli çoxillik su bitkisidir. Cavan yarpaqları yeyilir, tərkibində çoxlu yod, dəmir, fosfor, kalium vardır. Dərman bitkisi kimi maddələr mübadiləsinin yaxşılaşdırılmasında və avitaminoza qarşı istifadə olunur.