Növ: Physoptychis caspica print

Nadir növ hesab edilir və respublikada yalnız Naxçıvanda alp qayalıqlarının bir neçə yerindən məlumdur. Hündürlüyü 5-15 sm olub, ağ tükcüklərlə sıx örtülmüşdür. Buynuzcuq meyvəsi kürə şəklində, şişkindir. Çoxillik ot bitkisidir. “Qırmızı kitab”a daxil edilib.