Növ: Halimodendron halodendron - Gümüşü çingil print

Naxçıvanda və Kür-Araz ovalığında (yabanılaşmış halda) quru yamaclarda, çay sahillərində, çınqıllı-daşlı yerlərdə rast gəlinir. Tikanlı koldur. Yarpaqları lələkvaridir, 1-3 (5) cüt gümüşü yarpaqcıqlardan ibarətdir. Çiçəkləri bənövşəyi və ya çəhrayı, paxlası uzunsov-oval, şişkin, novçaşəkilli, sarımtıldır. Dekorativ və boya (sarı rəng) bitkisidir.