Tip: Cnidaria print

Bu tipin nümayəndələri, əsasən, dənizlərdə yaşayır, bəzi növlərinə isə şirin su hövzələrində də rast gəlmək olar. Onlar üçün radial simmetriya xarakterikdir. Bu heyvan tipinə aid olan canlılar knidosit (nematosit) adlanan xüsusi tutucu, qoruyucu hüceyrələrə malikdir. Bu hüceyrələr şikarın ovlanması və düşmənlərdən müdafiə məqsədi daşıyır.

Bədən quruluşları sadə olan bu canlıların 11000-dən çox növü məlumdur. Bədənləri ektoderma və endodermadan ibarətdir. Onların arasında mezoqley qatı yerləşir.

Bu canlılar tipinin xarakterik nümayəndələri dəniz sularında yaşayan, hərəkətsiz həyat tərzi keçirən, koloniyalar yaradan mərcan polipləri, aktiv hərəkətdə olan, tək-tək yaşayan meduzalardır.

Hər bir dalayıcı hüceyrə həssas tükcüyə malikdir. Bu tükcük dalayıcı sapın atılmasını, zəhərin şikarın bədəninə düşməsini həyata keçirir. Knidarilərin bədənində, iki ədəd epiteli qatının arasında jeleyəbənzər substansiya (mezoqley) mövcuddur. Onlarını həyat sikli 2 stadiyadan ibarətdir. Üzən meduza fazası və oturaq polip fazası. Onların hər ikisinin ağız və bədən hissələri radial simmetriyaya malik olur. Hər iki formada ağız boşluğuna yönəlmiş yeganə dəlik vardır. Bu dəlik tənəffüs və həzm prosesində iştirak edir.

Dalayıcıların əksər nümayəndələri koloniyalar əmələ gətirir. Əsasən, tumurcuqlama yolu ilə yaranamışbu koloniyalar vahid orqanizm olub ya meduzayabənzər, ya da polipəbənzər zooidlər və ya onların kombinasiyalarını yaradır. Dalayıcıların fəaliyyəti sadə treseptorlardan ibarət olan mərkəzləşməmiş sinir sistemi ilə tənzimlənir. Bəzi Cubozoa Scyphozoa sinflərinin sərbəstüzən nümayəndələri həssas orqanlara(statosistlər), bəziləri isə sadə gözlərə malikdirlər. Bütün dalayıcılar cinsi yolla çoxalır. Əksər növlər mürəkkəb həyat siklinə malikdir.

Dalayıcıların əksəriyyəti planktonlar və digər orqanizmlərləqidalanır. Bəzi növlər qida maddələrini yosunlarla, abdal-xərçənglər, kloun-balıqlarla simbioz əlaqələrdən alır. Parazitlik edən növlər də mövcuddur. Polypodium hydriforme növü nərəkimilərin kürüsündə parazitlik edir.

Əksər dalayıcılarda nəslin növbələşməsi baş verir: qeyri-cinsi nəsil (polipoidlər), cinsi yolla çoxalan meduzoidlərlə növbələşir. Hidrozoa sinfinin Trachilida dəstəsinin nümayəndələrində və Seyphozoa sinfinin Stauromodusae dəstəsinin nümayəndələrində polipoidlər yox, yalnız meduzoidlər olur. Mərcan poliplərində meduzalar olmur.

Bu tipin ən çox rast gəlinən nümayəndəsi hidradır. Hidralar cinsi və qeyri-cinsi yolla çoxalır.

Bu tip canlılar təbiətdə mühüm rol oynayır. Onlar bir çox dəniz ekosistemlərinin nümayəndələridir. Mərcan polipləri koloniyalar quraraq mərcan rifləri və adaları yaradır.

Azərbaycanın şirin su hövzələrində və Xəzər dənizində Hydrozoa sinfinə aid 6 növ dalayıcı müəyyən edilmişdir. Xəzər dənizində Cordylophora caspia, Bougainvilla megas, Blackfordia virginica və Xəzər endemi olan Moerisia pallasi yaşayır. Şirin su hövzələrində Hydra vulgaris, H. oligactis Microhydra sowerbii növlərinə rast gəlinir.Xəzər sularında 200-dən çox knidari növü tapılmışdır.

Dalayıcılar tipi 6 sinifə bölünür: