Tip: Bryozoa - Briozoylar print

Bu tipə aid olan canlılar su, əsasən oturaq kolonial həyat tərzi sürən dəniz heyvanlardır. Ayrı-ayrı fərdlərin ölçülərinin 1-3 mm-i aşmadığıhalda briozoy koloniyalarının ölçüləi 1 m2-i aşır. Bu koloniyalar çox müxtəlif formalarda olur. Onların bir qismi əlverişli səthlərdə (daş, çanaq, yosun) qabıq və topa şəklini, bəziləri yelpik və ya kol şəklini alır.
Buna görə də bəzi briozoy koloniyaları xarici görünüşünə görə mamır örtüyünə, digərləri mərcan poliplərinə və yosunlara bənzəyir. Briozoy koloniyası çoxsaylı mikroskopik fərdlərdən (zooidlər) ibarət olur. Bu fərdlərin hər biri xitinoid və ya jele xanalarında (zooesiy, sistid) yerləşir. Zooesilərin dəliklərindən zooid bədəninin ön hissəsi (polipid) çıxır. Bu hissə kirpikcikli qısqac yelpiyinə (lofoform) malik olan ağız dəliyidir. Qısqaclarda yerləşən yelpiklərin hərəkəti su axınını briozoyun ağız hissəsinə yönəldir. Su axını özü ilə qida maddələrini (plankton və detritlər) gətirir.
Oturaq həyat tərzi briozoyların bədən quruluşunun çox sadə olmasına səbəb olmuşdur. Bədən seqmentləri yoxdur, həzm traktı U-şəkillidir, anal dəlik bel hissədə, ağıza yaxın ərazidə yerləşir. Qan dövranı, tənəffüs sistemi, ifrazat sistemi yoxdur. Tənəffüs bədən səthi ilə, əsasən qısqaclar vasitəsilə edilir. Qan funksiyasını seloma mayesi əvəz edir. Sinir sistemi yeganə qanqli və ondan ayrılan sinirlərdən ibarətdir. Briozoy koloniyalarında polimorfizm (fərdlərin quruluş və funksiyalara görə diferensiasiyası) mövcuddur. İndiyədək 3 sinifə (Phylactolaemata, Stenolaemata, Gymnolaemata) aid 4500-ə qədər bryozoy təsvir edilmişdir.
Əksər briozoylar hermafroditdirlər. Çoxalma cinsi və qeyri-cinsi yolla olur. Bəzi növlər sperma və yumurtanı suya atır, mayalanma baş verir. Əksər briozoylar yumurtanı öz zooesiyasında saxlayır. Mayalanma zamanı qısqaclar suda sərbəst üzən spermanı tutaraq içəri daxil edir. İnkişaf etmiş sürfə saxlama kamerasını tərk edir.
Sürfələr troxoforayabənzərlərə aiddir. Sürfə hər-hansı bir predmetə yapəşaraq metamorfoza məruz qalır. Metamorfoz nəti cəsində əvvəlcə ilkin fərd – ansestrula yaranır və ondan koloniya formalaşır. Koloniya tumurcuqlama əsasında böyüyür. Şirin sularda yaşayan növlərdə sərt örtüklə (statoblastlar) müdafiə olunan daxili tumurcuqlar da yaranır. Koloniyalar quruma və ya şaxta nəticəsində məhv olduqda statoblastlar sağ qalaraq yeni nəsl verir.
Briozoylar şirin su hövzələri və dənzlərdə 200 – 300 m dərinliklərdə geniş yayılmışlar. Onlar mikroorqanizmlər, o cümlədən diatom yosunlarla qidalanırlar.
Xəzər dənizində 6 növ, Azərbaycanın şirin su hövzələrində 4 növ briozoy qeyd edilmişdir. Xəzərin avtoxton növü olan Victorella pavida su bitkilərinə yapışır. Fredericella sultana Kiçik Qızılağac körfəzində, Plumatella punctata, P. emarginata Aşağı Kür, Varvara su anbarında, P. fungosa Hacıqabul gölündə qeyd edilmişdir.

Tip 3 sinfə bölünür: