Tip: Brachiopoda - Çiyinayaqlılar print

Bu tipə aid canlılar əsasən dənizlərin dayaz hissələrində, soyuq sularda rast gəlinən, oturaq həyat tərzinə malik tək-tək yaşayan heyvanlardır. Bədənin bel və qarın hissəsi ikitaylı çanaqla örtülüdür. Buna görə də onların xarici görünüşü ikitaylı molyusklara oxşayır. Çanaqların ölçüləri, adətən, bir neçə santimetr təşkil edir. Ən iriölçülü çanaqlar Magellania venosa növündə rast gəlinir. Onların çanaqlarının uzunluğu 8.5 sm-ə çatır. Çanaqların rəngi, adətən, sarımtıl, çəhrayi və ya boz, bəzi növlərdəqara, narıncı və ya qırmızı rənglərdə olur.
Çiyinayaqlıların çanaqları asimmetrik olur. Bu zaman qarın hissəyə aid olan tay nisbətən böyük və qabarıq, bel tayı isə yastı bəzi hallarda isə batıq olur. Tayların arxa hissəsi xüsusi fır (kilid) və ya əzələ vasitəsilə birləşir. Xüsusi özək və ya ayaq onu qrunta birləşdirir. Ayağı olmayan növlər ya qrunta gömülür, ya da qarın tayı ilə substrata birləşir.
Çiyinayaqlıların bədəni çanağın arxa hissəsində yerləşir. Ön hissəni mantiya və bir cüt uzun spiralvari çıxıntı (“əllər”) tutur. Ağız əllərin başlanğıc hissəsində yerləşir. Həzm sistemi iki tərəfə çıxır və kordur, anus yoxdur. Selom, nefridiyalara, qan-damar və ürək sisteminə, hülqumətrafı sinir həlqələrinə malikdir.
Bu canlılar müxtəlifcinsli olub xarici mayalanma sisteminə malikdir. İnkişaf metamorfozla baş verir: sərbəst üzən sürfə substrata yapışır və cavan fərdə çevrilir.
Çiyinayaqlılar xırda planktonlarla və suda asılmış detrit qalıqlarıyla qidalanır. Qidalanma filtrasiya ilə həyata keçir. Qidalanma prosesində çanağın tayları açılır. Hal-hazırda Çiyinayaqlıların 280 növü təsvir edilmişdir.

Bu tipə aid canlılar 2 sinifə bölünür: