Tip: Arthropoda - Buğumayaqlılar print

Buğumayaqlılar onurğasızlar arasında ən ali tipdir. Onlar İndiyədək bu tipin tərkibində 1.5 - 2 mln. növ təsvir edilmişdir. Onların da böyük bir qismi həşəratların payına düşür. Müasir hesablamalara görə buğumayaqlıların real sayı 5 – 10 mln. tərtibində olub Yerdəki mövcud heyvanlar aləminin 80 %-ni təşkil edir (Anna Thanukos, 2008; Frode Ødegaard, 2000).

Buğumayaqlılara ikitərəfli simmetriya xarakterikdir. Həlqəvi qurdlarda olduğu kimi, buğumayaqlılarda da ikinci bədən boşluğu var. Buğumayaqlıların çoxunun bədəni 3 hissəyə bölünüb (baş, döş və qarıncıq). Başda hiss orqanları və baş-beyin yerləşir. Adətən, baş hissə döşlə birləşib baş-döş əmələ gətirir. Bədən və ayaqlar buğumlara bölünmüşdür. Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. Onlarda həzm, tənəffüs, ifrazat, qan-damar, sinir, endokrin və cinsiyyət sistemi vardır. Həzm sistemi ön, orta və arxa hissələrə bölünür. Orta hissədə həzm vəzisi yerləşir. Ön ətraflar ağız aparatını əmələ gətirir.

Suda yaşayan buğumayaqlıların əksəriyyəti qəlsəmələr vasitəsilə, su gənələri traxeyalarla, su hğrümçəklərində isə həm traxeya, həm də ağciyər vardır. Dəniz gənələrində tənəffüs orqanı yoxdur. Quruda yaşayanlar ağciyər kisəsi və ya traxeya vasitəsilə tənəffüs edir. Əksər hörümçəklərdə həm ağciyər, həm də traxeya vardır. Bəzi həşərat və hörümçəklərdə, o cümlədən pauropodlarda (Pauropus huxleyi) tənəffüs orqanları yoxdur. Bu tip qruplarda tənəffüs bədən səthi vasitəsilə həyata keçir.

Qan-damar sistemi ürək və aortadan ibarətdir. Qan rolunu hemolimfa oynayıb nəqliyyat funksiyasını yerinə yetirməklə bərabər, həm də orqanizmi su və qida ilə təmin edir. İfrazat orqanları malpidi borularıkoksal vəzilərdir. Sinir sistemi udlaqüstü və udlaqaltı düyündən, həmçinin qarın sinir zəncirindən ibarətdir.

Buğumayaqlılarda cinsiyyət sistemi və nəsilartırma prosesi olduqca müxtəlifdir. Onların çoxu ayrı cinsiyyətli heyvanlardır. Lakin aralarında hermafrodit olan nümayəndələrə (xərçəngkimilər) də rast gəlmək olar. Həşəratlarda və bir çox gənələrdə partenogenez yayılmışdır. Diridoğan növlər də vardır (əqrəblər, bövlər, amblipigilər). Buğumayaqlıların çoxunda erkək cinsiyyət hüceyrələri dişinin cinsi yollarına ötürülür və burada mayalanma baş verir.

Buğumayaqlıların müxtəlif təsnifatları mövcuddur. 

Buğumayaqlıların təsnifatları

Buğumayaqlılar (Arthropoda) tipi

Alt-tip

Sinif

Dəstə

Heliserlilər (Chelicerata)

120 min növ

Hörümçəkkimilər (Arachnida)

Akariform gənələr (Acariformes), Parazitiform gənələr (Parasitiformes), Frinlər (Amblypygi), Hörümçəklər (Aranea), Otbiçənlər (Opiliones), Çıxıntıhərəkətlilər (Palpigradi), Yalançıəqrəblər (Pseudoscorpionida), Risunileylər (Ricinulei), Tartaridlər (Schizomida), Əqrəblər (Scorpiones), Bövlər (Solifugae), Telifonlar (Uropygi)

Merostomlar (Merostomata)

Qılıncquyruqlular (Xiphosura)

Dəniz hörümçəkləri (Pycnogonida)

Pantopodlar (Pantopoda)

Xərçəngkimilər (Crustacea)

150 min növ

Qəlsəməayaqlılar (Branchiopoda)

Qəlsəməayaqlar (Anostraca)

Sefalokaridlər (Cephalocarida)

Braxipodalar (Brachypoda)

Ali xərçənglər (Malacostraca)

Nazikzirehlilər (Leptostraca), Ağızaaqlılar (Stomatopoda), Batinellilər (Bathynellacea), Anaspidaseylər (Anaspidaceae), Speleoqriflər (Speleogriphaceae), Termosbenlər (Thermosbaenacea), Lofoqastraidlər (Lophogastrida), Mizidlər (Mysida), Yanüzənlər (Amphipoda), Bərabərayaqlılar (Isopoda), Tanadiaseylər (Tanaidaceae), Kum xərçəngləri (Cumaceae), Evfauzilər (Euphausiaceae), Amfionidaseylər (Amphionidacea), Onayaqlılar (Decapoda)

Maksillopodlar (Maxillopoda)

Platycopioida, Calanoida, Gelyelloida, Harpacticoida, Misophrioida, Monstrilloida, Mormonilloida, Poecilostomatoida, Siphonostomatoida

Çanaqlı xərçənglər (Ostracoda)

Myodocopida, Halocyprida, Platycopida, Podocopida

Daraqayaqlılar (Remipedia)

Nectiopoda

Traxeyatənəffüslülər (Tracheata)

1.12 mln. növ

Çoxayaqlılar (Myriapoda) üst-sinfi

Dodaqayaqlılar  (Chilopoda)

Geofillər (Geophilomorpha), Sümükcəkimilər (Lithobiomorpha), Skolopendrlar (Scolopendromorpha), Skutigerlər (Scutigeromorpha), Kraterostiqmalar (Craterostigmomorpha)

İkicütayaqlılar (Diplopoda)

Fırçaquyruqlular (Polyxenida)

Pauropodlar (Pauropoda)

Hexamerocerata, Tetramerocerata

Simfillər (Symphyla)

Simfillər (Symphyla)

Altıayaqlılar (Hexapoda) üst-sinfi

Həşəratlar (Insecta)

Qədimçənəlilər (Archaegonatha), Yüyürüklər (Blattodea), Böcəklər (Coleoptera), Dəriqanadlılar (Dermaptera), İkiqanadlılar (Diptera), Gündəcələr (Ephemeroptera), Embilər (Embioptera), Yüyürüksisəklər (Grylloblattodea), Yarımsərtqanadlılar (Hemiptera), Zarqanadlılar (Hymenoptera), Pulcuqqanadlılar (Lepidoptera), Dəvədəlləyilər (Mantodea), (Mantophasmatodea), Əqrəb milçəklər (Mesoptera), Haçaqanadlar (Megaloptera), Torqanadlılar (Neuroptera), İynəcələr (Odonata), Düzqanadlılar (Orthoptera), Yarpaqgörkəmlilər (Phasmida), Baharçılar (Plecoptera), Otyeyənlər (Psocoptera), Lələkyeyənlər (Phthiraptera), Dəvəciklər (Raphidioptera), Birələr (Siphonaptera), Yelpikqanadlılar (Strepsiptera), Qovuqayaqlılar (Thysanoptera), Bulaqçılar (Trichoptera), Zorapterlər (Zoraptera), Qılquyruqlular (Zygetoma)

Gizliçənəlilər (Entognatha)

Bığcıqsızlar (Protura), Ayaqquyruqlular  (Collembola), Çəngəquyruqlular (Diplura)

Ən geniş yayılmış təsnifata görə buğumayaqlılar tipi 3 alt-tipə və 15 sinifə bölünür: