Cins: Scutellaria - Başlıqotu print

Dünyanın əksər ölkələrində (Cənubi Afrika istisna olmaqla) yayılan 300 növü var. Çoxillik ot və ya kolcuqşəkilli bitkilərdir. Azərbaycanın əksər rayonlarında, arandan alp qurşağadək meşə və kolluqlarda, quraq-daşlı yamaclarda, dağ çəmənlərində, çay vadilərində yayılıb. Çiçəkləri çiçəkaltı yarpaqların qoltuğunda yerləşərək sünbül yaxud salxım tipli çiçək qrupu əmələ gətirir. Tacı 2 dodaqlı, boruvari, yuxarı dodağı novçaşəkillidir. Erkəkciyi 4 ədəddir. Fındıqca meyvəsi şarşəkillidir. Dərman, boya və dekorativ əhəmiyyətli bitkilərdir.