Cins: Satureja - Çöl laləsi print

Avropa, Aralıq dənizi, Cənubi və Qərbi Asiya ölkələrində yayılan 25 növü var. Müasir Azərbaycan florasında 8 çöl nanəsi növüyayılmışdır. Bunlardan 6-sı Azərbaycan ərazisində (əsasən, Talışda) təsvir olunub. Nəzərə alsaq ki, bütöv Qafqazda cinsin 9 növü məlumdur. Belə demək olar ki, Azərbaycan bu cinsin intensiv növ əmələgəlmə ərazisidir. Cinsin növlərinə Azərbaycanın əksər rayonlarında, xüsusən Talış, Naxçıvan və Kiçik Qafqazda rast gəlinir. Onlar dağ ətəyindən yuxarı dağ qurşağınadək quraq, daşlı-çınqıllı yerlərdə, qaya töküntülərində, kolluqlarda, meşənin açıqlıq (tala) yerlərində yayılıb. Bir və çoxillik otlar, bəzən yarımkolcuq bitkilərdir. Yarpaqları tamkənarlı, qısa saplaqlı, kasacığı zəngşəkillidir. 5 dişcikli, tacı çəhrayı, purpur və ya bənövşəyi rənglidir. Meyvəsi fındıqcadır. Qiymətli efir yağlı, balverən, ədviyyat bitkisidir. Şərabçılıqda, həmçinin aşılayıcı vasitə kimi də qiymətlidirlər.