Cins: Ziziphora - Dağ nanəsi print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Labiatae
- Cins: Ziziphora
Aralıq dənizi ətrafı, Cənub-Qərbi, Orta, Mərkəzi Asiyada və Qafqazda yayılan 20 növü var. Cinsin növləri respublikanın əksər rayonlarında orta dağ qurşağınadək, quraq-daşlı yamaclarda, gilli torpaqlarda, qaya töküntüləri arasında, bəzən əkinlərdə rast gəlir. Bir və çoxillik otlardır. Yarpaqları girdə yaxud lansetşəkillidir, bəzən gövdəsi qaidəsində odunlaşır. Kasacığı uzun boruşəkilli, zəif 2 dodaqlıdır. Tacı xırda, qırmızı, bənövşəyi rənglidir. 4 ədəd erkəkcikdən 2-si yaxşı inkişaf edir (2-si rudimentar halda, yaxud yoxdur), yuxarı dodağın altına yığılır. Dişiciyin sütuncuğu 2 bölümlüdür. Qiymətli efir yağlı, ədviyyat, qida və dekorativ əhəmyyətli bitkilərdir. Ondan alınan efir yağları sənayenin müxtəlif sahələrində, parfümeriyada geniş istifadə olunur.
- Növ: Ziziphora biebersteiniana
- Növ: Ziziphora capitata
- Növ: Ziziphora clinopodiodies
- Növ: Ziziphora persica
- Növ: Ziziphora puschninii
- Növ: Ziziphora rigida
- Növ: Ziziphora serpyllacea
- Növ: Ziziphora tenuior