Cins: Sideritis - Dəmrək print

Aralıq dənizi ətrafı ölkələri, şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində yayılan 60-dan çox növü var. Azərbaycanda 2-3 növü məlumdur. Onlardan biri S.montana bütün rayonlarda, arandan orta dağ qurşağınadək quraq-gilli yamaclarda, yol kənarı kolluqlarda geniş yayılan adi bitkidir. S.balansae Naxçıvan və Zəngilan və ona yaxın ərazilərdə yayılmışdır. S.comosa Qarabağ, Talış və Naxçıvan üçün verilir (Qrossheym, 1967). Azərbaycanda yayılan növlər birillik, alçaq boylu, tükcüklü bitkilərdir. Kasacıq boruvari-zəngşəkilli, 5 ədəd eyni ölçülü dişciklidir. Tacı sarı yaxud purpur rəngli, 2 dodaqlı, yaxud dodaq bütöv, dikduran, aşağı dodağı 3 bölümlüdür. Erkəkcikləri 4 ədəd olub, arxada yerləşənləri qısadır. Fındıqca meyvəsi uzunsovdur.