Cins: Calamintha - Ətirnaz print

Əsasən, Aralıq dənizi ətrafı ölkələrində yayılan 6-7 növü var. Müasir Azərbaycan florasında cinsin 3 növünün rast gəlməsini qeyd etmək olar. Onlardan C.grandiflora Talışda orta dağ qurşağında, kölgəli meşələrdə yayılıb. Digər növlərə isə Böyük Qafqaz və Samur-Dəvəçi ovalığında orta dağ qurşağınadək meşə və kolluqlarda, bağ və bostanlarda təsadüf edilir. Çoxillik otlardır. Yarpaqları girdə, saplaqlı, kasacığı boruşəkillidir. Tacı qırmızı, purpur, kasacıqdan uzundur. Meyvəsi fındıqca tiplidir. Efir yağlı, ədviyyat bitkisidir.