Cins: Marrubium - İtotu və ya guləsovu print

Aralıq dənizi ətrafı ölkələri və Avrasiyanın mötədil iqlimli ölkələrində yayılan 30-dan çox növü var. Azərbaycanın əksər rayonlarında arandan yuxarı dağ qurşağınadək (bəzən subalp və alp qurşaqda) quraq-daşlı yamaclarda, kolluqlarda, çay kənarı, yol kənarı, alaq kimi əkinlərdə 9-10 növü yayılıb. Çoxillik (az hallarda birillik), ağımtıl keçə tükcüklü bitkilərdir. Çiçəklər sıx dəstələrə yığılır, çiçəkaltlığı vardır. Tacı ağ, qırmızı, purpur rəngli, 2 dodaqlı, boruşəkilli, kasacıqdan qısadır. Erkəkcikləri 4 ədəddir. Fındıqca meyvəsi uzunsov olub, 3 tillidir. Dərman, boya, aşılayıcı xassələrə malik növləri vardır.