Cins: Ballota - Kalafagülü print

Əsasən, Aralıq dənizi ətrafı ölkələrində, həmçinin Ön Asiya və Qafqazda yayılan 30 növündən Azərbaycanda 2 növə rast gəlinir. B.nigra Azərbaycanın əksər rayonlarında, arandan yuxarı dağ qurşağınadək alaq kimi əkinlərdə, bağlarda, meşə və kolluqlarda yayılıb. İkinci növ isə lokal areala malik olub, Xəzərətrafı və Talışda, çəmənliklərdə rast gəlinir və alp qurşağadək qalxır.