Cins: Betonica - Nəmgül və ya mərcanotu print

Avropa, Aralıq dənizi ətrafı ölkələri, Qərbi Asiya və Qafqazda yayılan 15 növü var. Azərbaycanda, əsasən, Böyük və Kiçik Qafqaz və Naxçıvan regionlarında yayılan 4 növü var. Onlardan B.nivea Azərbaycandan (Xınalıq) təsvir olunub. Cinsin növləri orta dağ qurşağından alp qurşağadək meşə və kolluqlarda, çəmən bitkiliyi tərkibində, quraq daşlı-çınqıllı qayalarda yayılıb. Çoxillik otlardır. Yarpaqları lansetşəkillidir. Çiçəkləri çoxsaylı olub, uzun sünbül tipli çiçək qrupuna yığılır. Tacı iri, qırmızı yaxud sarı, meyvəsi fındıqca tiplidir. Olduqca dekorativ, həmçinin dərman, texniki və aşı maddəli bitkilərdir.