Cins: Phlomis - Odotu print

Avrasiyada yayılan 100-dən çox növü var. Müasir Azərbaycan florasında cinsin 4 növünün yayılmasını qeyd etmək olar. Onlardan Ph.cansellatayalnız Naxçıvanda lokal şəkildə yaylıb. Digər növlərə əksər rayonlarda, arandan yuxarı dağ qurşağınadək (2000 m) quraq, daşlı-qayalı yerlərdə, kserofil kolluqlarda, çay vadilərində rast gəlinir. Çoxillik otlardır. Çiçəkləri bir neçəsi birlikdə dəstələrdə yerləşir. Kasacığı boru yaxud zəngşəkilli, dişcikli, tacı 2 dodaqlı, ağımtıl, çəhrayı, sarı və b. rənglərdə olur. Erkəkcikləri 4 ədəd, meyvəsi fındıqcadır.