Cins: Salvia - Sürvə və ya adaçayı print

Dünyanın əksər ölkələrində yayılan 700-dən çox növü var. Azərbaycan florasında cinsin 36 növü var.

Sürvə növlərinə respublikanın əksər rayonlarında (daha çox Naxçıvan ərazisində), arandan yuxarı dağ qurşağınadək, əhəngli və gilli suxurlardan ibarət quraq yamaclarda, çay vadilərində, meşə və kolluqlarda, alaq bitkiləri arasında, bağlarda rast gəlinir. Çoxillik, az hallarda birillik və yarımkolcuq bitkilərdir. Kasacıq zəng yaxud boruşəkillidir.Tacı 2 dodaqlı, üst dodaq oraqşəkilli, alt dodaq 3 bölümlüdür. Ön tərəfdəki 2 erkəkcik inkişaflı, arxadakıları isə reduksiya olunmuş (staminodi) yaxud yoxdur. Dişiciyin sütuncuğu sapşəkilli, ağızcığı 2 bölümlüdür. Meyvəsi fındıqcaşəkillidir. Sürvə növləri dərman, efir yağlı, qida, ədviyyat, bəzək, aşı maddəli, vitaminli, yem əhəmiyyətli bitkilərdir.