Tip: Sarcomastigophora - Sarkomastiqoforlar print

Bu, ibtidailərin ən primitiv tipi sayılır. Bu orqanizmlərin əksəriyyəti bir nüvəli olub psevdopodilər və ya qamçılar vasitəsilə hərəkət edir. Onlar psevdopodilərin köməyilə həm hərəkət edir, həm də qida əldə edir. Hazırda bu canlıların 18 000-ə qədər növü məlumdur.

Koksidilərin quruluşu

İbtidailər təbiətdə üzvi maddələrin dövranında və heyvanların qidalanmasında rol oynayır.

Sarkomastiqoforlar, əsasən, duzlu sularda yaşayır. Onların bəzi növlərinə şirin sularda, nəm torpaqda rast gəlinir. Bu canlıların əksəriyyəti insan və heyvan orqanizmlərində parazitlik edir. Sarkomastiqoforlar tipi Sarkodinlər (Sarcodina), Opalintlər (Opalinata) və Qamçılılar (Mastigophora) olmaqla 3 alt tipə ayrılır.