Növ: Antonina debilis print

Bu növə Azərbaycanda Böyük Qafqazın Quba massivi ərazisində (Qrız kəndi ətrafı) lokal şəkildə, subalp və alp qurşaqlarında, qaya üzərində və qaya töküntüləri arasında rast gəlinir. Birillik, alçaq boylu (5-15 sm) bitkidir. Yarpaqları xırda, saplaqlı, uzunsov-oval formalıdır. Çiçəkləri yarpaqların qoltuğunda dəstələrlə yerləşir, kasacığı boruvaridir. Tacı ağımtıl, kasacıqdan kənara çıxmayandır. Meyvəsi fındıqcadır.