Növ: Hyssopus angustifolius print

Çoxillik bitkidir. Yarpaqları xətvaridir. Çiçəkləri 2-6 ədəd olmaqla sünbül çiçək qrupuna yığılan dəstələrdə yerləşir. Kasacığı boruvari, bənövşəyi rəngə çalan, tacı bənövşəyi-göy, 2 dodaqlıdır. Meyvəsi qutucuqdur. Efir yağlı, ədviyyat, dərman bitkisidir. Efir yağından ətriyyat və likör hazırlanmasında, xalq təbabətində yerüstü hissəsindən mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur.