Növ: Lagochilus cabulicus print

Ona Naxçıvanda, aşağı dağ qurşağında quraq daşlı-çınqıllı yerlərdə nadir halda rast gəlinir. Alçaq boylu kolcuqdur. Yarpaqları oturaq, ayası barmaqvari bölümlüdür. Çiçəkaltlığı bizşəkilli, kasacığı boruvari-zəngşəkillidir. Tacı 2 dodaqlı, sarımtıldır. Erkəkciyi 4 ədəd olmaqla, tacdan xırdadır. Fındıqcası üçtillidir.