Növ: Lavandula angustifolia print

Hündürlüyü 1 m-dək olan yarımkoldur. Gövdəsi sıx budaqlanır, yarpağı uzunsov-xətvaridir. Tacı bənövşəyi, kasacıqdan uzundur. Çiçəkləri sünbül çiçək qrupuna yığılır. Meyvəsi fındıqcadır. Balverən, efir yağlı, dərman (həzm sistemi, əsəb xəstəlikləri) və dekorativ əhəmiyyətli bitkilərdir.