Növ: Leonurus glaucescens print

Çoxillik otlardır. Çiçəkaltlıqlıdır, çiçəkləri sünbül çiçək qrupuna yığılır. Kasacığı zəngşəkilli, 5 dişcikli (onlardan 2-si aşağı əyilib), tacı 2 dodaqlı, çəhrayıdır. Erkəkcikləri 4 (aşağıda 2-si daha uzundur) ədəddir. Fındıqca meyvəsi üçtillidir. Növləri gövdə yarpaqlarının forması ilə asanlıqla seçilir. Ən qiymətli bitkilərdəndir. Ürək, əsəb, göz, zob, ostexondroz, mastopatiya, prostatit, paraliç xəstəliklərinin müalicəsində əvəzsiz dərman vasitəsidir. Balverən, efir yağlı, alkaloidli, aşı maddəli xassələrə də malikdir.