Növ: Melissa officinalis - Dərman bədrənci print

Çoxillik, yumşaq tükcüklərlə örtülü, yerüstü hissələri kəskin limon iyinə malik ot bitkisidir. Yarpaqları iri, oval, kənarı qırışıqlıdır. Çiçəkləri yuxarı yarpaqların qoltuğunda yerləşir. Kasacığı zəngşəkilli, 2 dodaqlı, tacı ağımtıldır. Erkəkciyi 4 ədəddir. Meyvəsi fındıqcadır. Qiymətli dərman, qida, ədviyyat, vitaminli, balverən və dekorativ bitkidir.