Növ: Ocimum basilicum print

Ətirli yaxud adi reyhan adlanan bu növə yabanı halda ehtimal ki, Cənubi və Şərqi Asiyada rast gəlinir. Birillik bitkidir. Yarpağı oval, saplaqlı, kasacığı zəngşəkilli, 2 dodaqlı, tacı ağımtıl-çəhrayıdır. Erkəkcikləri 4 ədəd olub, onlardan 2-si daha uzundur. Meyvəsi fındıqcadır. Qiymətli ədviyyat bitkisi kimi xalq təbabətində əsəb sarsıntılarına, təngənəfəsliyə, ürək-damar xəstəliklərinə qarşı istifadə olunur.