Növ: Rosmarinus officinalis - Dərman rozmarini print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Labiatae
- Cins: Rosmarinus
- Növ: Rosmarinus officinalis
Azərbaycanda bağ və parklarda dekorativ bitki kimi becərilir. Hündürlüyü 50-100 sm olan həmişəyaşıl kol bitkisidir. Yarpağı xətvaridir. Çiçəkləri 5-20 ədəd olmaqla salxım çiçək qrupunda yerləşir. Kasacığı zəngşəkilli, tacı göy-bənövşəyi, 2 dodaqlı, erkəkciyi 2 ədəddir. Fındıqca meyvəsi qonur, üzəri hamardır. Qiymətli dərman və ədviyyat bitkisidir. Canlı çəpərlərin salınmasında geniş istifadə olunur.