Cins: Aphanopleura - Afanoplevrə print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Umbelliferae
- Cins: Aphanopleura
Orta Asiya, Əfqanıstan və Qafqazda yayılan 4 növündən Azərbaycanda 2 növü var. Onlardan biri (kələkötürmeyvə afanoplevrə) Naxçıvandan təsvir olunub və Naxçıvanın düzən ərazilərində gipsli-gilli torpaqlarda rast gəlinir. Digər növü Zəngilandan məlumdur. Birillik, yarpaqları 2-3 qat lələkvari kəsilən, ləçəkləri ağ və ya çəhrayıdır. Meyvəsi ovalşəkilli, yağ kanalları birər olan bitkilərdir.