Cins: Heracleum - Baldırğan print

Avroasiya, Amerika və Qafqazda yayılan 70-dən artıq növü var. Azərbaycan baldırğanlarının sayı 13-dür. Cinsin növlərinin sistematik mövqeyi haqda fikir ayrılıqları da mövcuddur.Azərbaycanda baldırğan növləri əksər rayonlarda orta dağ qurşağından alp qurşağınadək meşə və kolluqlarda, çəmənlikıərdə, çay sahillərində, daşlı-qayalı yerlərdə yayılıb. Əsasən, hündür, iki və çoxillik, yoğun gövdəlidir. İri barmaqvari yarpaqlı, ləçəkləri ağ, yaşılımtıl-sarı, bəzən qırmızı rəngli bitkilərdir. Yem, qida, ədviyyə, dərman, efir yağlı, dekorativ bitkilərdir.