Cins: Chaerophyllum - Cacıx print

Avroasiya və Şimali Afrikada yayılan 40 növü var. Azərbaycanda əksər rayonlarda, aşağı dağ qurşağından subalp qurşağadək, daşlı-qayalı yerlərdə, meşə və kolluqlarda, dağ çəmənlərində yayılan 7 növü var. İki və ya çoxillik bitkilərdir. Yarpaqları 2-3 qat lələkvari kəsilmiş, ləçəkləri ağ və ya qırmızımtıldır. Meyvəsi xətvari uzunsov, buruncuqsuzdur. Növləri bir-birindən sarğı yarpaqlarının, gövdə və ləçəklərin əlamətləri ilə seçilir. Qiymətli ədviyyat, qida, vitaminli, dərman əhəmiyyətli bitkilərdir (xüsusən, çəhrayı cacıx və soğanaqlı cacıx növləri).