Cins: Prangos - Çaşır print

Asiya, Aralıq dənizi ölkələri və Qafqazda yayılan 25 növündən Azərbaycanda 4 növü var. Onlar ən çox Naxçıvanda, həmçinin Bozqır yayla, Qobustan, Kiçik Qafqaz və Talışda, yuxarı dağ qurşağınadək (2300 m), daşlı, qayalı, gipsli, çınqıllı yerlərdə yayılıb. Çoxillik, bir neçə dəfə lələkvari xırda hissələrə bölünən, 150 sm-dək hündürlüyündədir. Ləçəkləri sarı, meyvəsi uzunsov bitkilərdir. Vitaminli, şəkərli və bir çox bioloji fəal maddələrə malikdir. Olduqca qiymətli qida və ədviyyat bitkisidir. Yazın əvvəllərində yığılan cavan zoğları duza və turşuya qoyulur və süfrəyə verilir.