Cins: Anthriscus - Dişəvər print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Umbelliferae
- Cins: Anthriscus
Avroasiya və Qafqazda yayılan 20 növündən Azərbaycanda 5 növü var. Onların yayılma xarakteri müxtəlifdir. Əksər rayonlarda orta, bəzən yuxarı dağ qurşağınadək, meşə və kolluqlarda, çəmənliklərdə qaya yığıntıları olan yerlərdə rast gəlinir. A.cerefolium növünə Naxçıvandan başqa respublikanın hər yerində təsadüf edilir. A.caucalis yalnız Qarabağdan (Hadrud), A.ruprechtii Böyük Qafqazın Quba-Qusar massivindən məlumdur. Bir, iki və çoxillik, mürəkkəb lələkvari yarpaqlı bitkilərdir. Ləçəkləri ağ, meyvələri uzunsov, bəzən xətvari, buruncuqlu, yağ kanalları tək-təkdir. Efir yağlı, vitaminli, ədviyyat, aşı maddəli, boya əhəmiyyətlidir. Xalq təbabətində geniş istifadə olunan bitkilərdir (xüsusən, meşə dişəvəri və mumyarpaq dişəvər növləri).
- Növ: Anthriscus caucalis
- Növ: Anthriscus cerefolium
- Növ: Anthriscus nemorosa
- Növ: Anthriscus ruprechtii
- Növ: Anthriscus sylvestris