Cins: Malabaila - Malabayla print

Aralıq dənizi, Orta Asiya, İran və Qafqazda yayılan 10 növdən ikisinə Azərbaycanda rast gəlinir. Onlara əksər rayonlarda, aşağı və orta dağ qurşaqlarında, daşlı-qayalı yerlərdə, qaya üzərində, kolluqlarda təsadüf edilir. Şırımlı malabayla növü Şamaxı ətrafından təsvir olunub. Çoxillik, iri kökə malikdir. Yarpaqları ikiqat lələkvari, ləçəkləri sarıdır. Meyvələri ovalşəkilli bitkilərdir. Növləri gövdəsinin forması və çətiri təşkil edən şüaların sayı ilə fərqlənir.