Cins: Bupleurum - Öküzboğan print

Avroasiya, Aralıq dənizi və Qafqazda yayılan 150 növündən Azərbaycanda 12-13 növü rast gəlir. Onlar əksər rayonlarda arandan subalp qurşağadək geniş yayılıb. Müxtəlif bitmə şəraitində təsadüf edirlər: daşlı-qayalı yerlərdə, meşə və kolluqlarda, əkin yerlərində, subalp çəmənliklərində və s. Əksər növlər geniş yayılsa da, bəzi nadir növləri də vardır (Vitman öküzboğanı, Buasye öküzboğanı, nazik öküzboğan). Bir və çoxillik bitkilərdir. Bütöv ayalı yarpaqları, ləçəkləri yaşılımtıl və ya qırmızımtıldır. Meyvəsi ovalşəkilli, yağ kanalları 2-3 saylı bitkilərdir. Alkaloidli, saponinli, vitaminli və dərman əhəmiyyətli növləri var.