Cins: Sium - Sucuqçətiri print

Avroasiya, Afrika və Qafqazda yayılan 10 növündən Azərbaycanda 2 növü var. Ona Xəzərətrafı, Kür-Araz ovalığı, Alazan-Əyriçay, Kür düzü, Diabarda və Kiçik Qafqazda, arandan orta dağ qurşağınadək, meşələrdə (xüsusən, Qızılağac meşələrində), bataqlıqlarda, çay və suvarma kanalları sahillərində rast gəlinir. Rütubətli, sucak yerlərdə yayılan çoxillik bitkilərdir. Yarpaqları lələkvari bölümlü, çətiri 10-15 şüalıdır. Ləçəkləri ağ, meyvəsi ovalşəkillidir. Limon təmi verən efir yağlı bitkidir.