Cins: Hydrocotyle - Suqouqlucası print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Umbelliferae
- Cins: Hydrocotyle
Dünyanın isti və mülayim iqlimli ölkələrində yayılan 60 növündən Azərbaycanda 2 növü rast gəlir. Onlar Lənkəran ovalığında, rütubətli yerlərdə və bataqlıqlarda yayılıb. Çoxillik otlardır. Çiçəkləri ikicinsli, sıx başcıqşəkilli çətirlərdədir. Ləçəkləri ağ, yaxud qızılgül rənglidir. Növləri bir-birindən yarpaq ayasının formasına görə fərqlənirlər.