Cins: Echinophora - Tikanburun print

Avroasiya və Şimali Afrikada yayılan 10 növü var. Azərbaycanda 2 növünə, aran və dağətəyi rayonlarda, arxların kənarında, qumlu torpaqlarda təsadüf olunur. Şərq tikanburunu növü yalnız Naxçıvanda məlumdur. Digər növü daha geniş yayılıb, ona Naxçıvandan başqa Kiçik Qafqazda və Kür düzündə təsadüf olunur. Çoxillik bitkilərdir. Yarpaqları 2-3 qat bölümlü, çiçəkləri ağ, sarı rənglidir. Çətirdə ortada yerləşən çiçəklər oturaqdır, ikicinslidir. Kənarda yeləşənlər isə erkəkcik daşıyan çiçəklərdir, saplaqlıdır. Növləri ləçəklərin rəngi və bitkinin tükcüklərlə örütülü olub-olmaması ilə seçilə bilər.