Cins: Astrantia - Titrəmərcan print

Avroasiya və Qafqazda yayılan 10-13 növündən Azərbaycanda 2 növü var. Onlardan böyük titrəmərcan və üçdilimli titrəmərcan növləri daha geniş yayılmışdır. Bieberşteyn titrəmərcanı növü isə Kiçik Qafqaz və Qobustandan məlumdur. Cinsin növlərinə yuxarı dağ qurşağından alp qurşağınadək, meşənin tala yerlərində, yüksək otluqların və çəmənliklırin tərkibində rast gəlinir. Aşağı yarpaqları saplaqlı, gövdənin orta və yuxarı hissəsindəki yarpaqları isə oturaqdır. Yarpaqların ayası 3 bölümlüdür. Çiçəkləri sadə çətirlərə yığılmışdır. Gövdənin ucunda yerləşir. Sarğı yarpaqları çiçəkdən iridir, xarici tərəfində yaşıl, içəri tərəfində çəhrayı rənglidir. Dişicik daşıyan çiçəklərində nektarlıq diski qıfşəkillidir, erkəkcik daşıyan çiçəklərində isə disk inkişaf etmir. Meyvəsinin qabırğacıqları nazikdir, onların üzəri qovuğabənzər pulcuqlarla örtülüdür.

Növləri sarğı yarpaqları və gövdə yarpaqlarının əlamətləri ilə ayırd edirlər. Balverən və dekorativ bitkilərdir.