Cins: Angelica - Tütəkotu print

Şimal yarımkürənin mülayim iqlimli vilayətlərində, İran, Türkiyə və Qafqazda yayılan 50-dən çox, Keçmiş SSRİ-də isə 31 növü var. Azərbaycanda 3 növü var. Onlardan Saxokiya tütəkotu Azərbaycandan (İsmayıllı, Nialdağ) təsvir olunub endem növ sayılır, Böyük Qafqaz rayonunda orta və yuxarı dağ qurşağında qayalar üzərində, dağ çayları sahilində rast gəlir. Çəhrayı tütəkotu növü Naxçıvan və Kiçik Qafqazın subalp çəmənlikləri bitkisidir. Üçüncü növün (Tatyana tütəkotu) Böyük Qafqazın qərb hissəsində (Zaqatala) yuxarı dağ qurşağında rast gəlməsi qeyd olunur. İki və ya çoxillik, yarpaqları 2-3 qat lələkvari, ləçəkləri sarımtıl-yaşıl, meyvəsi ovalşəkilli bitkilərdir.