Növ: Coriandrum sativum print

Bu növə Böyük qafqaz, Kür düzü və kiçik Qafqazda, orta dağ qurşağınadək əkinlərdə, bağ və bostanlarda, yol kənarlarında rast gəlinir. Geniş becərilir. Yaxşı tanınır, birillik bitkidir. Yarpaqları 1-2 qat lələkvari, ləçəkləri ağdır. Qiymətli tərəvəzdir. Ədviyyat, efir yağlı, vitaminli, aşı maddəli, üzvi turşularla zəngin, müalicə əhəmiyyətlidir (qan təzyiqi, mədə bağırsaq xəstəlikləri, böyrək, öd kisəsi və s.). Parfümeriyada, içkilərin hazırlanmasında istifadə olunan bitkidir.