Növ: Laserpitum hispidum print

Bu növə Böyük Qafqaz regionunda, orta dağ qurşağında, kölgəli meşə və kolluqlarda rast gəlinir. Çoxillik, sərt tükcüklü, gövdəsi qalın, 1 m-dək hündürlükdədir. Yarpaqları 2-3 qat lələkvari, çətiri çoxşüalıdır. Ləçəkləri sarı, meyvəsi uzunsov, ellipsvari bitkilərdir.